Azərbaycan millisinin orta yaşı 27,51. Çox deyil? İdman və Biz

04.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

CIES futbol üzrə milli komandaların 2024-cü ildə orta yaşını açıqlayıb.

İdman.biz xəbər verir ki, hesablama cari ildə komandaların heyətində meydana çıxan bütün futbolçuların yaşına əsasən aparılıb.

Azərbaycan millisinin orta yaşı 27,51 olub. Bu göstəriciyə əsasən, komandamızı "yaşlılar"a daha yaxındır.

Qeyd edək ki, 2024-cü ildə ən yaşlı Peru (30,38), İran (29,75), Çili (29,53) və Avropada Monteneqro (28,94), ən gənc isə Kayman adaları (23,05), Puerto Riko (23,34), Çad (23,43) və Avropada San Marino (24,31) milliləri olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью