Azərbaycan millisinin qapıçısı bu kluba keçdi

06.09.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Futbol üzrə Azərbaycan qadın millisinin üzvü Nərgiz Əliyeva yeni mövsümdə "Sabah"ın heyətində çıxış edəcək.

Milli.Az xəbər verir ki, 24 yaşlı qapıçı Azərbaycan Yüksək Qızlar Liqasında mübarizə aparan Bakı təmsilçisi ilə 2026/27 mövsümünq əhatə edən müqavilə imzalayıb.

Bu barədə Azərbaycan milli komandasının mətbuat xidməti məlumat yayıb.

Nərgiz Əliyeva ötən mövsümün bir hissəsini Türkiyənin "Giresun Sanayispor" klubunda keçirib.

Qeyd edək ki, Nərgiz Əliyeva Millətlər Liqasında keçirdiyi beş oyunda altı qol buraxıb. O, 2022-ci ildən milliyə dəvət alır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью