Azərbaycan millisinin rəqibi Şotlandiya ilə qarşılaşacaq

22.01.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığmasının rəqibi olan İslandiya yığması iki yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, İslandiyanın ilk rəqibi Şotlandiya komandası olacaq. Bu görüş iyunun 6-da Qlazqoda baş tutacaq.

İkinci rəqibin adı hələ açıqlanmayıb, lakin bu oyunla bağlı məlumat yaxın günlərdə açıqlanacaq. Bu matç da iyun pəncərəsinə planlaşdırılıb.

Xatırladaq ki, Azərbaycan - İslandiya matçları sentyabrın 5-də və noyabrın 13-də baş tutacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью