Azərbaycan millisinin rəqibi yeni baş məşqçi ilə anlaşdı

16.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan milli komandasının DÇ-2026-cı il dünya çempionatının seçmə mərhələsindəki rəqibi olan İslandiya yığmasına yeni baş məşqçi təyin olunub.

Sportal.az xəbər verir ki, adalılara Arnar Qunnlauqsson rəhbərlik edəcək.

 52 yaşlı mütəxəssislə müqavilənin müddəti hələ rəsmən açıqlanmayıb. Son vaxtlara qədər Qunnlauqsson yerli "Vikinqur"un baş məşqçisi olub, bundan əvvəl isə bu klubda, "Reykyavik"də və "Haukar"da köməkçi məşqçi kimi də çalışıb.

Xatırladaq ki, D qrupunun Azərbaycan - İslandiya oyunları sentyabrın 5-də və noyabrın 13-də keçiriləcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью