Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin də püşkü atılıb.
QOL,az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimin də Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
B Liqasının 6-cı qrupunda yer alan U-17 Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, İkinci mərhələnin oyunları 2025-ci ilin mart ayında Albaniyada keçiriləcək.