Azərbaycan millisinin rəqibləri bilindi

24.10.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün "Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarının proqramına salınan futzal yarışının püşkü atılıb.

Fanat.Az xəbər verir ki, reqlamentə əsasən 8 komanda hər birində 4 iştirakçı olmaqla 2 qrupa bölünüb.

Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq. B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qızıl, gümüş və bürünc medalçıların adlarına isə 2 gün sonra – noyabrın 11-də keçiriləcək.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью