Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin rəqibləri bilindi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Azərbaycanın U-15 millisi ilk dəfə keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq.
QOL.az xəbər verir ki, turnirin püşkatma mərasimi keçirilib. Mübarizədə iştirak edəcək 191 milli komanda 32 qrupa bölünüb. Qruplardan birində 5, digər 31 qrupda isə 6 komanda yer alıb.
Püşkatmanın nəticəsinə əsasən Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla birgə yer alıb.
Qeyd edək ki, FİFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Komandalar 8-ə 8 formatında mübarizə aparacaq. Görüşlər hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq.