Azərbaycan millisinin Rusiya ilə oyunlarının hakimləri bəlli olub AZƏRTAC

26.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 noyabr, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Rusiya yığması ilə Soçidə keçirəcəyi yoldaşlıq görüşlərinin hakimləri müəyyənləşib.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, hər iki oyunu Tacikistandan olan eyni hakimlər briqadası idarə edəcək. Baş hakim Nodira Mirzoeva olacaq. Ona Dilşoda Rahmonova və Farhod Kuralov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasiya Ponomaryova yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun noyabrın 28-də FİŞT Olimpiya Stadionunda, ikinci görüş isə dekabrın 2-də “Soçi” klubunun məşq bazasında keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью