Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"DÇ-2026-nın seçmə mərhələsində bu gün İslandiya ilə qarşılşacaq Azərbaycan yığması üçün 1 xal yaxşı nəticə sayıla bilər".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında millinin sabiq hücumçusu Rauf Əliyev deyib.
O, İslandiyanın yaxşı komanda olduğunu vurğulayıb: "İslandiyada yığmanı çətin sınaq gözləyir. Rəqib milli səviyyəsində yaxşı çıxış edir.
Üstəlik, futbolçularının hər biri keyfiyyətli klublarda çıxış edirlər. Standart vəziyyətlərdən fərqlənməyi çox yaxşı bacarırlar.
Düşünürəm ki, səfərdə qazanılacaq 1 xal Azərbaycan millisi üçün yaxşı nəticə sayıla bilər".
Sabiq hücumçu millinin nəticələrinin ümidverici olmadığını söyləyib: "Bir neçə gündən sonra Ukrayna ilə evdə oynayacağıq.
Millinin son dönəmlərdəki çıxışları, Fernandu Santuşun gəlişindən sonra uğurlu nəticə qazanılmaması adama ümid vermir.