Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. “Qarabağ”ın şansını yüksək qiymətləndirirəm.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda qarşşılaşacağı “Elfsborq”la (İsveç) matçdan öncə şansları dəyərləndirərkən deyib.
Mütəxəssis Ağdam təmsilçisinin çox vacib oyuna çıxacağını deyib: “Qarabağ”ın şansını yüksək qiymətləndirirəm.
Çünki komanda dəfələrlə oxşar situasiyalarda azarkeşləri qələbə ilə sevindirib.
Bu oyuna növbəti mərhələyə adlamaq üçün son şans kimi baxmaq lazımdır.
Qazanılacaq 3 xal “Qarabağ”ın növbəti mərhələ şansını daha da artıracaq”.
O, “Qarabağ”ın müdafiə xəttindəki problemləri qabardıb: “Komandanı çətin oyun gözləyir.
Hava, meydan, həmçinin azarkeş amili “Qarabağ”ın əleyhinə işləyə bilər.