Azərbaycan millisinin sabiq üzvü Finlandiya yığmasından təklif aldı

04.02.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin sabiq üzvü Finlandiya yığmasından təklif aldı

Azərbaycan millisinin keçmiş üzvü Elvin Quliyev Finlandiyanın futzal millisindən təklif alıb.

Bu barədə QOL.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Futzal üzrə məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında keçən və yekunda UEFA-nın B lisenziyasını alan həmyerlimiz bu ölkənin futzal üzrə əsas millisinin baş məşqçisi vəzifəsinə namizəddir. Belə ki, skandinaviyalılar E. Quliyevə müraciət edərək özü ilə bağlı məlumatları federasiyanın namizədlər üçün yaradılmış bölməsinə yerləşdirməsini xahiş ediblər. Seçimlərin nəticəsi yaxın günlərdə açıqlanacaq. 

Qeyd edək ki, Elvin Quliyev “Turan AİR”, “Asfarma”, TT, “Neftçi” İSM, “Əmrahbank”, “Baku Fire”, “İtaldizayn” futzal klublarının formasını geyinib, Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. O, müxtəlif illərdə Azərbaycan millisinin heyətində də çıxış edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью