Azərbaycan millisinin sabiq üzvü həbs edildi dələduzluqda ittiham olunur

05.03.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Abdulla Abatsiyev dələduzluqda şübhəli bilinərək həbs edilib.

Sportal.az xəbər verir ki, o, Rusiyada bir qrup şəxsə külli miqdarda dələduzluqda ittiham olunur.

Abatsiyev yaşlı kişinin 14 milyon rubl (təxminən 260 min manat) pulunu oğurlamaqda ittiham olunur.

Rusiya Federasiyasında bu maddəyə əsasən, onu 10 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Abatsiyev 2015-ci ildə Azərbaycan vətəndaşlığından imtina edib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью