Azərbaycan millisinin sabiq yarımmüdafiəçisinə AFFA da vəzifə verilib

16.07.2025

Cbcsport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış veteran futbolçu Bəxtiyar Musayevə AFFA-da vəzifə verilib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью