Azərbaycan millisinin sonuncu rəqibi nə vaxt bilinəcək?

13.12.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

QOL.az-ın məlumatına görə, Azərbaycan yığması püşkatmaya əsasən, 4 komandalı qrupda - D qrupunda yer alıb. 

Sözügedən qrupda millimizlə yanaşı, Milltələr Liqasının 1/4 finalındakı Fransa-Xorvatiya cütünün qalibi, İslandiya və Ukrayna da mübarizə aparacaq.

D qrupunda Fransanın, yoxsa Xorvatiyanın yarışacağı isə 2025-ci ilin mart ayında müəyyənləşəcək. Çünki Millətlər Liqasının 1/4 finalının bu matçı 20 mart tarixində keçiriləcək.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi 4 komandalı qruplar üçün 2025-ci ilin sentyabr ayında başlayacaq. 5 komandalı qruplar isə mübarizəyə mart ayında start verəcəklər. 

Xatırladaq ki, DÇ-2026-nın final mərhələsi iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də təşkil olunacaq. Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью