Fanat saytına istinadən Icma.az xəbər verir.
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Gənclər İlham Yadullayevin rəhbərliyi altında Bakıda bir araya gələcək.
Bu barədə Fanat.Az-a məlumat verən çalışdırıcı hazırlığın detallarını açıqlayıb.
"Noyabrın 23-dən 30-na kimi, bir həftəlik toplanış olacaq. Budəfəki hazırlıq seleksiya xarakterlidir. Sırf yerli uşaqları cəlb edəcəyik. Sonuncu dəfə mart ayında yığışmışdıq. O vaxtdan indiyə kimi yeni namizədlər, yaxşı uşaqlar ortaya çıxıb. Onları sınamaq istəyirik. Sayları 27-29 nəfərdir. Yoxlama matçı olmayacaq, sadəcə, ikitərəfli görüş keçirməyi planlaşdırırq".
Qeyd edək ki, U-18 bu ilin martdan İlham Yadullayevə tapşırılıb.
Mirağa