Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri III MDB Oyunlarına hazırlaşan 15 yaşadək qızlardan ibarət yığma ilə görüş keçiriblər.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.
AVF-nin idman zalında baş tutan görüşdə təcrübəli voleybolçular gənc idmançılarla səmimi söhbət edərək öz təcrübələrini bölüşüblər və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıblar.