Azərbaycan millisinin üzvü 90 dəqiqə oynadı

23.02.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Albaniyada ölkə çempionatının 26-cı turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Skenderbeu” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start  heyətdə meydana çıxan Əliyev 90 dəqiqə oynayıb.

Qeyd edək ki, hazırda “Eqnatiya” 48 xalla liderliyini davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью