Azərbaycan millisinin üzvü: Avropa Minifutbol Federasiyası tərəfindən ilin müdafiəçisi seçilmək inanılmaz hissdir

08.01.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Avropa Minifutbol Federasiyasının rəsmi saytı tərəfindən ilin müdafiəçisi seçilmək inanılmaz hissdir.

Bunu "Report"a açıqlamasında Avropanın ən yaxşı müdafiəçisi seçilən Azərbaycanın minifutbol yığmasının üzvü Vüsal İsayev deyib.

O, Avropa Minifutbol Federasiyası tərəfindən bu ada layiq görülməyin qürurverici olduğunu söyləyib:

"Hər bir futbolçu, hər bir idmançı üçün bu xüsusi andır. Avropa Minifutbol Federasiyasının rəsmi saytı tərəfindən ilin müdafiəçisi seçilmək inanılmaz hissdir. Dayanmaq fikrim yoxdur, məşqləri davam etdirib uğurumu təkrarlamaq istəyirəm".

V.İsayev bu il Bakıda keçiriləcək dünya çempionatıda uğurlu çıxış etmək istədiklərini bildirib:

"Bildiyiniz kimi, bu il bizi Bakıda minifutbol üzrə dünya çempionatı gözləyir. Mundialda da özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. Məşqlərimizi ən yüksək səviyyədə davam etdirib, xalqımızı sevindirmək istəyirik".

Qeyd edək ki, Azərbaycanın minifutbol millisi 2022-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью