Azərbaycan millisinin üzvü beynəlxalq mükafata layiq görüldü

23.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın voleybol üzrə U-16 yığmasının üzvü Əhməd Məmmədli Avropa çempionatının I təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) uğurlu çıxışı ilə fərqlənib.

Azərbaycan Voleybol Federasiyasından Axar.az-a verilən məlumata görə, Latviyanın paytaxtı Riqada təşkil olunan turnirin yekununda iştirakçı yığmaların ən yaxşı oyunçuları müəyyənləşdirilib.

Milli komandamızın üzvü Əhməd Məmmədli də fərqlənən voleybolçular sırasında yer alaraq mükafatlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью