Azərbaycan millisinin üzvü klubsuz qaldı

04.05.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü Finlandiyanın HİK klubundan ayrılıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ozan Can Kökcü mövsümün əvvəlində HİK-yə keçmişdi. O, bu müddətdə komandanın heyətində meydana çıxdığı 26 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью