Azərbaycan millisinin üzvü klubunu dəyişdi

28.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Azərbaycanın qadınlardan ibarət millisinin daha bir üzvü, Diana Məmmədova karyerasını Rusiya Super Liqası təmsilçisi "Rubin"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə "Rubin"in mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü Super Liqanın digər təmsilçisi "Yenisey" klubunda keçirən 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

Məmmədova ötən mövsüm Krasnoyarsk klubunun heyətində 24 oyun keçirib və 1 qol vurub.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan yığmasının müdafiəçisi Alina Dorofeyeva da "Yenisey"dən "Rubin"ə transfer olunmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью