Azərbaycan millisinin üzvü Polşa klubundan ayrılıb

14.05.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın “Radomyak” klubundan ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli jurnalist Rafal Yonczuk sosial şəbəkə hesabında yazıb.

O, 29 yaşlı müdafiəçinin artıq Radom şəhərini tərk etdiyini bildirib.

“Radomyak” yaxın zamanda Məmmədovla vidalaşdığını açıqlayacaq.

Qeyd edək ki, azərbaycanlı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədə idi. Bu komandada Azərbaycan yığmasının digər üzvü Renat Dadaşov da çıxış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью