Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2 ci qolunu vurdu

22.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu

Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero “Sampdoriya”nın heyətində növbəti qolunu vurub.

QOL.az xəbər verir ki, o, İtaliya B seriyasında 12-ci turunda “Benevento”nu 3:1 hesabı ilə məğlub etdikləri görüşdə rəqib qapısına yol tapıb.

Qarşılaşmaya start heyətində başlayan Mezzotero 34-cü dəqiqədə Lorenzo İnsinyenin ötürməsini qola çevirib və hesabı 3:1 edib. O, 59-cu dəqiqədə əvəzlənib.

Bu, 18 yaşlı hücumçunun “Sampdoriya”nın əsas komandasında vurduğu ikinci qol olub.

Qeyd edək ki, hazırda 14 xalı olan “Sampdoriya” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью