Azərbaycan millisinin üzvü üçün 2 milyon avro: Belçika klubu hərəkətə keçdi

09.10.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin futbolçusu Edqar Adilxanov karyerasını Belçikada davam etdirə bilər. Bu barədə Sport24.az-a məlumat verilib.
Belçikanın "Genk" klubu "Şamaxı"da çıxış edən 21 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Qarşı tərəf futbolçu üçün Azərbaycan təmsilçisinə rəsmi təklif də göndərib.
Məlumata görə, "Genk" Adilxanovun transferi üçün 2 milyon avro civarında ödəniş etməyə hazırdır.
Hazırda tərəflər arasında danışıqlar davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью