Azərbaycan millisinin üzvü Ukrayna klubunda debüt etdi | Icma.az
Icma.az, Fanat portalına istinadən məlumat yayır. Ukrayna Premyer Liqasında 18-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin yeni transfer olunduğu “Çernomorets” bu turda “Kolos”un qonağı olub.
23 yaşlı futbolçunun komandası səfərdə 2:1 hesablı qələbəyə sevinib.
Meydana start "11-lik"də çıxan Mustafayev yeni klubunda debütünü reallaşdırıb. O, 88-ci dəqiqədə əvəzlənib.
Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran Odessa klubu turnir cədvəlində 14-cü pilləyə yüksəlib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu