Azərbaycan millisinin üzvünə 3 oyunluq cəza verildi

26.12.2024

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın futzalçısı Xəzər Ağalızadə üç oyunluq cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, AFFA İntizam Komitəsinin son iclasında belə qərar çıxarılıb.

Ağalızadə Yüksək Liqanın 7-ci turunda keçirilən “Yasamal Bakı” – “Araz-Naxçıvan” matçının 36-cı dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

“Yasamal Bakı”nın futzalçısı Anar İsayev də eyni səbəbdən 3 oyunluq diskvalifikasiya olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью