Azərbaycan millisinin voleybolçusu: Karyeram futbolla başladı, voleybol isə həyatıma istiq…
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır. Bakı, 2 sentyabr, AZƏRTAC Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü
- Lap əvvəldən başlayaq. Voleybola necə gəlmisiniz? Nə vaxt qərar verdiniz ki, mən voleybolçu olacağam?– Mən voleybola 15 yaşımda başladım.
Məktəbimizdə futbol matçında iştirak edirdim, orada voleybol məşqçisi də var idi.
O, məni məşqlərə dəvət etdi və mən ilk dəfə 15 yaşımda voleybol topunu əlimə aldım.
Karyeram futbolla başlasa da, voleybol həyatıma istiqamət verdi. - Voleybolu seçməsəydiniz, hansı peşə ilə məşğul olardınız?
– Məktəbdə yaxşı oxuyurdum, xüsusən kimya fənnini çox yaxşı bilirdim. Anam istəyirdi ki, tibb texnikumuna daxil olum və əczaçı olum.
Yəqin ki, voleybol olmasaydı, indi əczaçılıq sahəsində çalışırdım.- Başqa hansı idman növlərinə marağınız var?
– İdman karyeram futbolla başladığı üçün bu növlə hələ də əlaqəm var. Çünki həyat yoldaşım da keçmiş futbolçudur.
Tam oxu
Xəbəri oxu