Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

03.06.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 iyun, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin aparıcı üzvü Marqarita Stepanenko UNEC-dən ayrılıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, voleybolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Marqarita Stepanenko UNEC-ə ötən ilin yayında qoşulmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью