Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

22.08.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 avqust, AZƏRTAC

Oyun çox yaxşı alındı. Komandamız meydanda əsl əzmkar mübarizə nümayiş etdirdi və əlimizdən gələni etdik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Bakıda keçirilən Avropa çempionatında Portuqaliya yığmasına 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, qarşılaşmaya pis başlamadıqlarını bildirib: “Planı yaxşı qurduq və uğurla bitirdik. Portuqaliya yaxşı, bütöv və möhkəm komandadır. Lakin biz də çox güclüyük. Məqsədimiz daha da irəli getməkdir”.

Azərbaycan millisi qrupda növbəti görüşünü avqustun 23-də eyni məkanda İspaniya seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya komandaları da mübarizə aparır. Bu qrupun matçlarına avqustun 28-də yekun vurulacaq.

Müxbir - Cavid Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью