Azərbaycan millisinin voleybolçusu: Qızıl Avropa Liqasında gərgin mübarizə olacaq

25.11.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Məncə, bütün oyunlar gərgin mübarizə şəraitində keçəcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Mariya Kirilyuk deyib.

29 yaşlı oyunçu Qızıl Avropa Liqasındakı hədəflərdən söz açıb:

"Yarışdakı rəqiblərimizi tanıyırıq. Hamı burada yüksək nəticə göstərmək istəyir. Komandamız da əlindən gələni edəcək. Qrupumuzda zəif rəqib yoxdur. Hamısı iddialı kollektivdir. Düşünürəm ki, komandamızın üzvləri də bu turnirdə yaxşı çıxış etmək üçün əllərindən gələni edəcəklər".

Qeyd edək ki, Azərbaycan yığması Qızıl Avropa Liqasında Macarıstan, Sloveniya, Slovakiya, Montoneqro, Rumıniya və Xorvatiya ilə üz-üzə gələcək. Turnir 2025-ci il 30 may - 6 iyul aralığında baş tutacaq.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью