Azərbaycan millisinin yarımfinal sınağı rəqib İsveçdir

11.08.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisini FIBA Avropa çempionatının B divizionunda vacib sınaq gözləyir.

İdman.Biz xəbər verir ki, yığmamız qrup mərhələsinin son turunda İsveç millisi ilə qarşılaşacaq.

Slovakiyanın Pieştani şəhərində keçiriləcək görüş Azərbaycan komandasının yarımfinal uğrunda mübarizəsində xüsusi əhəmiyyət daşıyır. Millimiz qrupdakı son matçda sərfəli nəticə qazanaraq mübarizəni növbəti mərhələdə davam etdirmək istəyir.

Qarşılaşma bu gün - 11 avqustda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Slovakiya yığması ilə qarşılaşıb və 50:59 hesabı ilə məğlub olub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью