Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 21 may, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan Elşad Quliyevin komandası Bəhreynlə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Millimizin heyətində yeganə qolu Mirmehdi Rzayev vurub.
Azərbaycan seçməsi növbəti matçını mayın 23-də Slovakiya seçməsinə qarşı keçirəcək.