Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın etdi

23.05.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

"Unikal" xəbər verir ki, mundialda ikinci turun görüşləri keçirilir.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Sloveniya seçməsi ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil edilən matç yığmanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Elvin Əlizadə, Mirmehdi Rzayev, Xətai Bağırov və Kamran Abdullazadə vurublar.

Elşad Quliyevin baş məşqçisi olduğu yığma mayın 21-də keçirdiyi ilk matçda Bəhreynlə 1:1 hesablı heç-heçə edib.

Komanda növbəti oyununu mayın 25-də Mavritaniya seçməsinə qarşı keçirəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью