Azərbaycan miqrasiya böhranı ilə üzləşə bilər Sısoyev

09.06.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Yaxın Şərqdəki vəziyyətə görə Azərbaycan, Türkmənistan və Ermənistan miqrasiya böhranı ilə üzləşə bilər.

Axar.az xəbər verir ki, bunu MDB Antiterror Mərkəzinin rəhbəri, general-polkovnik Yevgeni Sısoyev deyib.

“Yaxın Şərqdəki hadisələr də daxil olmaqla, beynəlxalq vəziyyətin pisləşməsi genişmiqyaslı miqrasiya prosesləri, Liviya və İraqda baş verənlərə bənzər humanitar böhran üçün ilkin şərtlər yaradır. Bütün MDB ölkələri, lakin ilk növbədə İranla həmsərhəd olan ölkələr böhranın nəticələri ilə üzləşə bilər”, - o bildirib.

Sısoyev qeyd edib ki, 2025-ci ildə MDB ölkələrinin kəşfiyyat xidmətləri 300-dən çox terror aktının qarşısını alıb:

“Birlik ölkələrinin təhlükəsizlik orqanları bir-biri ilə əməkdaşlıq edir və əhəmiyyətli nəticələr əldə etmək üçün lazımi tədbirlər görür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью