Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanın iki idman gimnastı Misirin paytaxtı Qahirədə keçiriləcək Dünya Kubokunda mübarizə aparacaq.
AZƏRTAC Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizi turnirdə Rəsul Əhmədzadə və Ramin Dəmirov təmsil edəcəklər.
Aprelin 25-dən 28-dək təşkil olunacaq yarışda 20 ölkədən 100-ə yaxın idmançı qüvvəsini sınayacaq.