Azərbaycan Misirlə qarşılıqlı biznes platforma formalaşdırmağı müzakirə edib

19.06.2026

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Misir arasında qarşılıqlı fəaliyyəti dəstəkləyən biznes platformalarının formalaşdırılması müzakirə edilib.

SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bununla bağlı müzakirələr İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom ilə görüşdə aparılıb.

Nazir bildirib ki, ölkələrin iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması imkanlarını, ticarət, investisiya, sənaye, enerji, turizm və digər sahələrdə işbirliyinin təşviqi qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью