525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bərpa olunan enerji ixrac gücünü azaltmır, əksinə artırır. Daxili istehlakı yaşıl enerjiylə təmin etmək fosil yanacaqları ixrac üçün azad edir - bu da qısamüddətli iqtisadi rasionallıq baxımından düzgün strategiyadır. Bu gün ixrac gəlirlərini qorunması ilə enerki keçidin sürətləndirilməsi arasında tarazlıq saxlamaq Azərbaycan üçün ən vacib mövzudur. Düşünürəm ki, yaxın 5-10 ildə strateji prioritetimiz əsasən aşağıdakı üç istiqaməti eyni vaxtda əhatə esəcəkdir”.
Bunu 525.az-a millət vəkili Tahir Mirkişili deyib. Millət vəkilinin sözlərinə görə, Avropa artıq 2030-dan sonra qaz idxalını tədricən əvəz etmək üçün yaşıl hidrogenə keçidi planlaşdırır. Azərbaycan mövcud Trans-Xəzər və TANAP infrastrukturunu gələcəkdə də işlək vəziyyətdə saxlamaq üçün bu imkandan istifadə edəcəkdir:
“Qarabağın yaşıl enerji mərkəzinə çevrilməsi: Siyasi həll ilə iqtisadi bərpanın sintezi kimi bu region ciddi bərpaolunan enerji potensialı daşıyır. Karbohidrogen gəlirlərinin qeyri-neft sektora yönləndirilməsi: Bu ölkəmizin iqtisadi siyasətinin əsasını təşkil edir. Hesab edirəm ki, hər 3 istiqamətdə aparılan aktiv siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan modeli digər inkişaf etməkdə oan ölkələr nümunədir”.
Sevinc Qarayeva