Azərbaycan MOK un vitse prezidentləri seçilib

18.02.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki baş məclisindən sonra qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

Bakıvaxtı.az xəbər verir ki, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova və Fərid Mansurov isə MOK-un digər vitse-prezidentləri seçiliblər.

Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatındakı fəaliyyətlərində uğurlar arzulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью