Azərbaycan Moldova ilə enerji tənzimlənməsi sahələrində əməkdaşlığı genişləndirəcək

14.11.2024

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Bakıda səfərdə olan Moldovanın energetika naziri Viktor Parlikov ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

Görüşdə ikitərəfli enerji əməkdaşlığının gündəliyində olan məsələləri müzakirə edilib. Bərpa olunan enerji, enerji səmərəliliyi və enerji tənzimlənməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də yaxın zamanda bu istiqamətdə müvafiq memorandumların imzalanması barədə razılığa gəlinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью