Azərbaycan Monteneqro matçının təyinatları bəlli olub

18.02.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Millətlər Liqasının C4 qrupunun Azərbaycan və Monteneqro qadın komandaları arasında Bakıda keçiriləcək açılış turunun oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Apasport.az UEFA-ya istinadən xəbər verir ki, baş hakim Tatyana Sorokopudovadır.

Ona laynsmenlər Nargis Maqau və Dinara İdrisova kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elvira Nurmustafina yerinə yetirəcək.

Hakimlər briqadası Qazaxıstanı təmsil edir. Azərbaycan - Monteneqro oyunu fevralın 21-də “Liv Bona Dea Arena”da keçiriləcək və görüşə saat 15:00-da start veriləcək.

“Nürnberq” rəsmisi: "Mahirlə bu məsələni müzakirə etmişik" Millimiz Şimali İrlandiya ilə üz-üzə gələcək "Barselona" yenidən liderdir Tovuzda qollu sülh - VİDEO Cavid Hüseynov: “Qələbə qazana bilərdik”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью