Azərbaycan Muay Tay Federasiyasının prezidenti Türkiyədə bıçaqlanıb

28.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Qeyd edək ki, Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью