Azərbaycan muğamı “Əl Cəzirə” telekanalında AZƏRTAC

21.01.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 yanvar, AZƏRTAC

Qətərin “Əl-Cəzirə” telekanalı Azərbaycan muğamı barədə veriliş hazırlayıb.

AZƏRTAC xəbər verir ki, telekanalın əməkdaşı Nik Klark yarım saatlıq verilişdə Azərbaycanın Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova ilə müsahibəni təqdim edib.

O qeyd edib ki, Alim Qasımov səsi ilə dünya miqyasında izləyiciləri məftun edən sənətkardır, onun ifası qədim hekayələri müasir dünyada aktuallaşdırır.

İfaçılar Alim Qaısmov və Fərqanə Qasımova muğam sənəti barədə fikirlərini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью