Azərbaycan muğamı layihəsi çərçivəsində növbəti konsert

08.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 aprel, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir.

Layihənin ilk konsertində tar, kamança və qanun alətlərində ifa edən sənətkarların ifaları təqdim olundu. İfaçılıq ənənələrinin yaşadılması və ötürlüməsinə yönələn bu layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gələcək.

Konsertdə tanınmış ifaçılar, Xalq artistləri Şəfiqə Eyvazova, Malik Mansurov, Əməkdar artistlər Təranə Əliyeva, Çinarə Mütəllimova, Vüsal Isgəndərzadə, Ələkbər Ələkbərov, beynəlxalq və respublika müsabiqə laureatları Aysu Sadıqova, Arifə Imanova, Ayaz İmranov, Elnur Mikayılov çıxış ediblər.

Konsert tamaşaçıların böyük maraq və alqışları ilə qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью