Azərbaycan musiqiçiləri Astanada mahnı festivalında çıxış ediblər AZƏRTAC | Icma.az
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astana, 17 noyabr, AZƏRTAC Astana şəhərində Şamşi Kaldayakovun “Mənim Qazaxıstanım” adlı beynəlxalq mahnı festivalı keçirilib.
AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, festivalda Özbəkistan, Ukrayna və Qazaxıstan, Azərbaycan və Qırğızıstanın incəsənət nümayəndələri iştirak ediblər.Festivalda Şamşi Kaldayakovun qazax musiqi mədəniyyətinin simvoluna çevrilmiş məşhur əsərləri səsləndirilib.Festivalın təşkilatçısı qismində Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə “Kazakhkonsert” Dövlət Akademik Konsert Təşkilatı çıxış edib.
Elşən RüstəmovAZƏRTAC-ın xüsusi müxbiriAstana Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu