Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. Azərbaycanın görkəmli bəstəkarı, ictimai xadim, milli operamızın banisi Üzeyir Hacıbəyov
Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində d
O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb.
Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.
Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb.
Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub.
1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonra isə "Səadət" məktəbində dərs deyib.
1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni nəşr etdirib.