Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyovun anım günüdür Azərbaycanda özəl xəbərlər, ar…
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın görkəmli bəstəkarı, ictimai xadim, milli operamızın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 76 il ötür.
Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.
O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb.
Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.
Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb.
Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub.
1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonra isə "Səadət" məktəbində dərs deyib.
Tam oxu
Xəbəri oxu