“Azərbaycan müstəqillik uğrunda mübarizədə” yeni nəşr AZƏRTAC

18.11.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər Abdullabəylinin tərcüməsində Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan müstəqillik uğrunda mübarizədə” (Polyak-Azərbaycan əlaqələri) kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab 1938-ci ildə Varşavada çap olunub. Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq nəşr edilən kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Əsəri polyak dilindən tərcümə edən və əhatəli “Ön söz” yazan Azərbaycan Polşa elmi-mədəni cəmiyyətinin sədri Gülər Abdullabəylidir.

Nəşrdə polyak dilində olan əslinin də surəti yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью