Azərbaycan nadir torpaq elementləri üzrə regional emal mərkəzi olmağı araşdıracaq

24.09.2026

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

Azərbaycan strateji əhəmiyyətli mineralların, o cümlədən nadir torpaq elementlərinin emalı üzrə regional mərkəzə çevrilmə imkanlarını qiymətləndirəcək.

Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Dövlət Proqramında əvvəlcə strateji əhəmiyyətli mineralların prioritet siyahısının müəyyənləşdirilməsi və ölkənin mövcud emal potensialının qiymətləndirilməsi nəzərdə tutulur.

Sonrakı mərhələdə məhsul qrupları, emal texnologiyaları, xammal təminatı, investisiya imkanları və ekoloji tələblər təhlil ediləcək.

Yekunda Azərbaycanın regional emal mərkəzi kimi formalaşması üçün tələb olunan institusional, texnoloji və investisiya mexanizmləri müəyyənləşdiriləcək. Dövlət Proqramı burada regional mərkəzin yaradılmasını artıq verilmiş investisiya qərarı kimi deyil, araşdırılacaq strateji istiqamət kimi müəyyən edir.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью