Azərbaycan NATO nun etibarlı tərəfdaşıdır Hikmət Hacıyev

25.06.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Gununsesi.info  xəbər verir ki, H. Hacıyev bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik”, – o bildirib.

H. Hacıyev əlavə edib ki, görüşdə Azərbaycan-NATO münasibətlərinin möhkəmləndirilməsi istiqamətində əldə edilmiş irəliləyiş müzakirə olunub:

“Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью