Azərbaycan NATO nun xeyriyyə tədbirində iştirak edib

15.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Brüssel, 14 noyabr, AZƏRTAC

NATO mənzil-qərargahında növbəti “NATO Xeyriyyə Bazarı” keçirilib.

AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq, Azərbaycanın NATO yanında Nümayəndəliyi, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tədbirdə fəal iştirak edib.

40-a yaxın ölkənin iştirak etdiyi xeyriyyə bazarında “Hyatt Regency Baku”nun sponsorluğu ilə Azərbaycanın milli məhsullarından ibarət stendi və milli mətbəxi nümayiş etdirilib.

Tədbiri NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının yüksək vəzifəli şəxsləri, müttəfiq və tərəfdaş dövlətlərinin Alyans yanında səfirləri və hərbi nümayəndələri, o cümlədən digər qonaqlar ziyarət ediblər.

Azərbaycanın milli məhsullarından ibarət stendi və zəngin mətbəxi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью